"Səbail rayonu, Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun Baş nazirə müraciətinə baxılıb".
Bu barədə Lent.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. O bildirib ki, Baş nazirin müavini Əli Əhmədov bu məsələ ilə bağlı Maliyyə Mazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səbail rayonu İcra Hakimiyyətinə zəruri tədbirlər görülməsi tapşırıb.