“Avropa Film Festivalı”nda “Əli və Nino” nümayiş etdirildi
26 noyabr 2019 14:28 (UTC +04:00)

“Avropa Film Festivalı”nda “Əli və Nino” nümayiş etdirildi

Avropa İttifaqının Efiopiyadakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Avropa Film Festivalı" çərçivəsində Əddis-Əbəbə şəhərində yerləşən "VAMDAS" kinoteatrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu "Əli və Nino" bədii filmi təqdim olunub.

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən səfir Elman Abdullayev qonaqları salamlayaraq ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri ilə yanaşı, ilk respublikamızın qurulması prosesini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu ekran əsərinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.

İzləyicilərin geniş marağına səbəb olmuş filmin nümayişində Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların və Efiopiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1766

Oxşar yazılar