Bakıda oğurluq etdiyinə görə tutulan şəxsin digər cinayətlərinin də üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, B.Bünyadovun ətrafında Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun bu ilin oktyabr ayında paytaxtın Nizami rayonunun ərazisində xətt avtobusunda Bakı şəhər sakini Ə.Əliyevanın çantasından içərisində 222 manat və sənədlər olan pulqabısını, habelə noyabrın 13-də Nərimanov rayonu ərazisində xətt avtobusunda paytaxt sakini İ.Məmmədovanın çantasından içərisində 400 manat və sənədlər olan pulqabısını oğurlaması da müəyyən edilib.