UEFA “Qarabağ”a 159 min avro ödədi
25 noyabr 2019 19:05 (UTC +04:00)

UEFA “Qarabağ”a 159 min avro ödədi


2018/19-cu il mövsümündə UEFA Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib. 

Bu, UEFA-nın Klub Yarışları Komitəsinin Monakoda keçirilmiş iclasında gerçəkləşib.

Avropa Liqasında 2018/19-cu il mövsümündə çıxış edən klublar üçün məbləğin “market pool” nisbətində paylanacağı razılaşdırılıb. “Qarabağ” Futbol Klubuna ayrılan 159 min 698  avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb. (apasport)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473

Oxşar yazılar