463
15:25
25 Noyabr 2019

Evdən kişi meyiti tapıldı

Gəncədə evdən meyit tapılıb.

Bu barədə Lent.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan, 1955-ci il təvəllüdlü Abdıyev Qabil Məhəmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.