AXCP-nin həbsdəki üzvü azadlığa çıxdı
25 noyabr 2019 10:01 (UTC +04:00)

AXCP-nin həbsdəki üzvü azadlığa çıxdı

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli azadlığa çıxıb.

APA-nın məlumatına görə, onun cəzası başa çatdığı üçün bu gün 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını 5 ilə endirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149

Oxşar yazılar