Bakıda çoxmərtəbəli bina yanıb: 5 nəfər təxliyə edildi
25 noyabr 2019 09:42 (UTC +04:00)

Bakıda çoxmərtəbəli bina yanıb: 5 nəfər təxliyə edildi

Bu gecə Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı, 5 ədəd qoruyucu açar və elektrik kabeli 3 p.m yanıb.

Gecə baş verən yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Elektrik sayğacının, kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1180

Oxşar yazılar