2 tondan çox kokain daşıyan sualtı gəmi saxlanıldı
25 noyabr 2019 04:58 (UTC +04:00)

2 tondan çox kokain daşıyan sualtı gəmi saxlanıldı

 

İspaniyanın hüquq-mühafizə orqanları narkotik vasitə qaçaqmalçılığı məqsədilə istifadə olunan sualtı qayığa əl keçirib. Onun göyərtəsinə baxış keçirilərkən iki tondan çox kokain aşkar olunub.

APA xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Məlumata görə, polis azı iki nəfəri saxlayıb. Sualtı qayıq Qalisiya muxtar icmasının sularında aşkarlanıb. Onun Kolumbiyadan gəldiyi ehtimal edilir. Təfərrüatlar barədə hələlik məlumat verilmir.

La Voz de Galicia qəzetinin yazdığına görə, gəminin göyərtəsində üç tondan çox kokain olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1596

Oxşar yazılar