"Cəld barmaqlar" ləqəbli Peter Bensenin Bakıda konserti olub - FOTO
22 noyabr 2019 23:40 (UTC +04:00)

"Cəld barmaqlar" ləqəbli Peter Bensenin Bakıda konserti olub - FOTO

 

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən sürətli pianoçusu kimi düşən Peter Bense Bakı Konqres Mərkəzində konsert verib.

APA-nın məlumatına görə, qonaqları salamlayan Peter Bense Azərbaycana ikinci dəfə səfər etdiyini bildirib.

"Burada olmağımdan çox şadam. Yeməklərinizi çox bəyəndim. Sizi çox sevirəm, yaxşı ki, buradasız. Piano mənim üçün sadəcə musiqi aləti deyil. Onun müxtəlif yerlərinə toxunaraq möhtəşəm səslər çıxarmaq mümkündür", - deyə pianoçu bildirib.

Peter Bense konsertə vətəni Macarıstanla bağlı olan ifa ilə başlayıb. O, Azərbaycan dilində tamaşaçılara təşəkkür edib və ifa etdiyi bəstələrlə bağlı məlumat verib. Konsertin fəxri qonağı Azərbaycanın əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanov olub. Şəhriyar İmanov ötən il Peter Bense ilə görüşən zaman ona tar hədiyyə etdiyini bildirib. Konsert zamanı Şəhriyar İmanov və Peter Bense Azərbaycanın xalq musiqi olan "Sarı gəlin"i birgə ifa ediblər.

"Cəld barmaqlar" ləqəbli Peter Bense konsert zamanı həm köhnə, həm də yeni albomundan olan musiqiləri səsləndirib.

# 1618
avatar

Oxşar yazılar