574
17:08
22 Noyabr 2019

Azərbaycanın işğaldakı əraziləri riskli bölgələr siyahısında

“International SOS” səhiyyə və təhlükəsiz səyahət xidməti illik səyahət riskləri xəritəsini yayımlayıb.

APA-nın təşkilatın saytına istinadən verdiyi xəbərə görə, xəritədə Azərbaycan Qərbi Avropa ölkələri ilə birlikdə səyahət üçün az riskli ölkələr sırasında açıq sarı rəngdə təqdim edilib.

Təşkilatın məlumatında bildirilib ki, Azərbaycanın da aid edildiyi kateqoriyada olan ölkələrdə tibbi xidmətlərə çıxış asandır, qida məhsulları və su ilə yayılan xəstəliklərin riski aşağıdır.

Təşkilat Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ və ətraf əraziləri səyahət üçün riskli bölgələr siyahısına daxil edib.

Xəritədə səyahət üçün ən təhlükəsiz ölkələr Danimarka, Finlandiya, İslandiya, Norveç, Sloveniya və Lüksemburq, ən təhlükəli ölkələr isə Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Somali və Suriyadır.