Yol qəzasında “Mercedes” iki hissəyə bölündü - FOTO - VİDEO
22 noyabr 2019 01:07 (UTC +04:00)

Yol qəzasında “Mercedes” iki hissəyə bölündü - FOTO - VİDEO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Hundai” markalı minik maşını “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı “Mercedes” iki hissəyə bölünüb. 

Hadisə zamanı “Mercedes”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə, qəzaya səbəb avtomobillərdən biri ötmə əməliyyatını düzgün yerinə yetirməyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

# 1984
avatar

Oxşar yazılar