İtkin düşən keçmiş deputatın meyiti tapıldı - İranda
21 noyabr 2019 16:30 (UTC +04:00)

İtkin düşən keçmiş deputatın meyiti tapıldı - İranda

İranda itkin düşmüş sabiq deputat Seyyid Əli Hüseynzadənin meyiti tapılıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Kohkuliyə-Boyer Əhməd əyalətinin ekspertiza mərkəzinin müdiri Möhsin Cəlil bildirib.

Möhsin Cəlil qeyd edib ki, axtarışı zamanı 60 yaşlı sabiq deputatın meyiti Yasucun Əbuzər xiyabanında yerləşən yarımçıq tikilinin liftinin şaxtasında aşkar edilib. 

Qeyd edək ki, sabiq deputat 3 gün öncə itkin düşüb.

Xatırladaq ki, Seyyid Əli Hüseynzadə 1984-1988-ci illərdə parlamentdə deputat olub. Eyni zamanda Kohkuliyə-Boyer Əhməd əyalətinin İslami İrşad və Mədəniyyət Nazirliyində çalışıb.

Deputatın ölüm səbəbi araşdırılır.

# 1102
avatar

Oxşar yazılar