Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM
21 noyabr 2019 16:18 (UTC +04:00)

Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM

 

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamda göstərilən “ASAN xidmət” mərkəzinin tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalıdır.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

# 1014
avatar

Oxşar yazılar