Lənkəranda piyadanın ölümünə səbəb olan sürücü hadisə yerindən qaçıb - FOTO
20 noyabr 2019 22:08 (UTC +04:00)

Lənkəranda piyadanın ölümünə səbəb olan sürücü hadisə yerindən qaçıb - FOTO

 

Lənkəran rayonunun Liman şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, "VAZ 2107" markalı 44-BN-751 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü - Cəlilabad rayonunun Alar kənd sakini, 1991-ci il təvəllüdlü Azər Kamran oğlu Camalov rayonun Liman şəhəri ərazisində Balaqız Abdulhüseyn qızı Quliyevanı avtomobillə vuraraq ağır yaralayıb. Sonra isə hadisə yerindən uzaqlaşıb. Ətrafdakıların köməyilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan orta yaşlı qadının artıq dünyasını dəyişdiyi məlum olub. Aldığımız son məlumata görə, BDYPİ-nin 11-ci taqımının əməkdaşları avtomobili və onu idarə edən sürücü A.Camalovu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

# 931
avatar

Oxşar yazılar