Van Dam Azərbaycandakı heykəlini paylaşdı, təşəkkür etdi - FOTO
20 noyabr 2019 18:45 (UTC +04:00)

Van Dam Azərbaycandakı heykəlini paylaşdı, təşəkkür etdi - FOTO

Məşhur aktyor Jan Klod Van Dam şəxsi "Facebook" səhifəsində Azərbaycanın Qəbələ rayonunun Vəndam kəndində qoyulan abidəsinin fotosunu paylaşıb.

Lent.az xəbər verir ki, aktyor paylaşımına bu sözləri yazıb:

"Azərbaycanın dağətəyi Vəndam adlı kəndində heykəltəraş Azad Əliyev tərəfindən JVCD (Jean-Claude Van Damme) heykəli ucaldılıb. Təşəkkür edirəm".

Xatırladaq ki, bir müddət əvvəl bu heykəlin fotosu yerli mediada, eləcə də sosial şəbəkədə maraqla qarşılanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5236

Oxşar yazılar