
Aygün Nigar Camalla bu işə görə bir araya gəlib - VİDEO

Müğənni Nigar Camal Əməkdar artist Aygün Bəylərlə yeni duetini təqdim edib.
Lent.az xəbər verir ki, “Nəfəsim, qəlbim” adlanan mahnının musiqisi Nigar Camala, sözləri İkram Əliyevə məxsusdur.
Klipin rejissorluğunu Əli Zamansoy, montajını isə Rasif Əliyev həyata keçirib. Çəkilişlər üç gün ərzində Lənkəran, Astara və Bakıda reallaşıb. Klip üzərində 18 nəfərlik komanda çalışıb.
N.Camal mahnı ilə bağlı fikirlərini belə izah edib:
“Bu mahnının mənim üçün ikiqat özəlliyi var: Birincisi, ilk bəstəmdir. İkincisi, musiqi çox dəyərli bir insana həsr olunub. Sözlərini İkram Əliyev qələmə aldı. Mahnı yaranandan duet olaraq ağlıma gələn yeganə ifaçı, sənətkar, Əməkdar artist Aygün Bəylər oldu. Duyğularımı insanlara istədiyim kimi çatdırmağa, sadəcə onun gözəl səsinin qatqısı ola bilərdi...”.
Qeyd edək ki, ekran işi Nigar Camalın rəsmi “Youtube” kanalında paylaşılıb.

Yalçın UĞUR
Oxşar yazılar

Müğənni Nəfəs CANLI YAYIMDA
27 yanvar 2021 , 15:03
"Evli insan sevdim..." - Türkanın Pərvizlə bağlı etirafları - VİDEO
27 yanvar 2021 , 14:23
"Keçmiş xanımım ailə qursa, uşağımı..." - VİDEO
27 yanvar 2021 , 11:49
Mənzurə keçmiş həyat yoldaşından danışdı: "Barışmaq üçün yalvarır"
27 yanvar 2021 , 10:10
"Hərənin dağ boyda dərdi var" - Zümrüd Qasımova
27 yanvar 2021 , 09:11
Elza Seyidcahan CANLI YAYIMDA
26 yanvar 2021 , 15:01
Mətanət indi bu kanalda aparıcılıq edəcək
26 yanvar 2021 , 10:52
"Qeyri-qanuni uşaq dünyaya gətirirlər, məsləhət verirlər" - Elza
26 yanvar 2021 , 09:07