Nadir evli qadından yazdı: "Sənin ərinin qeyrəti..."
19 noyabr 2019 09:11 (UTC +04:00)

Nadir evli qadından yazdı: "Sənin ərinin qeyrəti..."

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə tənqidi şərhlər yazan evli qadınlar barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı “Hər şey daxil” verilişində bildirib ki, onların rəylərindən təngə gəlib:

“Çox maraqlıdır ki, son zamanlar kişilər yalan olub. Mən ömür boyu hər qadına xanım deməmişəm. Onu qazanmalıdır ki, mən ona "xanım" deyim. Bu qadınlar, gəlinlərmi deyim, ağzına gələn şəkilləri paylaşır. Şəkillər var e... Elə şəkillər çəkib paylaşır, özü də yazır "evli, mutlu, cocuklu". Sinəsi də çöldə qalıb.

Sənin ərinin təpəsinə daş, qeyrəti də yoxdur ki, səni buraxıb, sən də İnstaqramda kişilərə yazırsan. İnstaqramda bəzi qadınlar çox abırsız olublar. Kişilər abırlı olublar, yazıqlar". 

# 2452
avatar

Yalçın UĞUR

Oxşar yazılar