Xatunla Ayan arasında QALMAQAL: "Dedim ki, səni..."
18 noyabr 2019 12:04 (UTC +04:00)

Xatunla Ayan arasında QALMAQAL: "Dedim ki, səni..."

Müğənni Xatun Əliyeva həmkarı Ayan Babakişiyeva barəsində qalmaqala səbəb olacaq açıqlama verib.

Lent.az-ın məlumatına görə, Xatun “ATV maqazin onlarla” verilişində bildirib ki, Ayan böyük-kiçik yeri bilən adam deyil:

“Ayanın pis cəhəti odur ki, böyük-kiçik yeri bilmir. Mən ondan neçə bayram böyüyəm. O, özünü elə aparır ki, guya tay-tuşuq. Mən söz götürən adam deyiləm. Söz götürən olsaydım, ərə gedərdim, ərimin sözünü götürərdim. Ona dedim ki, səni bilirsən nə edərəm”.

# 1744
avatar

Yalçın UĞUR

Oxşar yazılar