Bakıda daha bir qəza: qadın sərnişin öldü
18 noyabr 2019 11:21 (UTC +04:00)

Bakıda daha bir qəza: qadın sərnişin öldü

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. 

İlqar Əliyev idarə etdiyi "Mitsubishi-Pajero" markalı avtomobili hasara çırpıb. Nəticədə avtomobildə olan sərnişin, 55 yaşlı Tacirə Daşdıyeva aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb. 

# 935
avatar

Oxşar yazılar