Ermənistanda məhkum özünü öldürdü
18 noyabr 2019 11:03 (UTC +04:00)

Ermənistanda məhkum özünü öldürdü

Ermənistan həbsxanasında 21 yaşlı məhkum asılmış vəziyyətdə tapılıb. 

Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, Sarkis Abelyanın meyiti noyabrın 16-da saat 22:50-də “Armavir” həbsxanasında aşkar olunub. Onun kəmər ilə özünü asdığı məlum olub. 

Onun quldurluq, qanunsuz silah-sursat əldəetmə, saxlama və gəzdirmə cinayətlərinə görə tutulduğu bildirilir. 

 

# 764
avatar

Oxşar yazılar