Bakıda ağır qəza: 2 ölü, 2 nəfər ağır yaralı
17 noyabr 2019 13:49 (UTC +04:00)

Bakıda ağır qəza: 2 ölü, 2 nəfər ağır yaralı

Səhiyyə Nazirliyi Xəzər rayonunda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mərdəkan yolunda baş verən qəza barədə Təcili Tibbi Yardıma çağırış 10:52-də daxil olub.

Hadisə zamanı 2 nəfər yerində dünyasını dəyişib. Digər 2 nəfər 45 yaşlı qadın və 6 yaşlı uşaq isə kritik vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılıb.

# 1184
avatar

Oxşar yazılar