Nura və Oksana üz-üzə gəldilər, amma...
16 noyabr 2019 17:01 (UTC +04:00)

Nura və Oksana üz-üzə gəldilər, amma...

Ötən gün Bakıda keçirilən “Altın kelebek” mükafatlarının qapalı tədbirinə qalmaqal yaşayan məşhurlar – müğənni Nura Suri və aktrisa Oksana Rəsulova da qatılıb.

Lent.az-ın axşam.az-a istinadla verdiyi məlumata görə, onlar gecədə bir-birini görməzlikdən gəlib.

Bildirilir ki, Oksana tədbirə daxil olan zaman N.Suri qırmızı xalıda obyektivlərə pozlar verib. Bu zaman aktrisa onun qırmızı xalıdan çıxmağını gözləyib. Məşhurlar üz-üzə gəlsələr də, bir-biri ilə salamlaşmayıb.

Qeyd edək ki, onlar arasında qalmaqal O.Rəsulovanın hamilə olması xəbərini N.Surinin mediaya ötürməsi iddiasından sonra yaranıb. Lakin sonra məlum olub ki, xəbəri mediaya ötürən başqa bir şəxsdir.

# 1892
avatar

Oxşar yazılar