Azərbaycanın daha iki tanınmış məmuru quda oldu
16 noyabr 2019 16:49 (UTC +04:00)

Azərbaycanın daha iki tanınmış məmuru quda oldu

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli ailə həyatı qurub.

Lent.az-ın axşam.az-a istinadla verdiyi məlumata görə, toy dünən “Böyük Saray” şadlıq evində baş tutub.

Saleh Məmmədovun oğlu  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rauf Vəliyevin qızı ilə evlənib.

Toyun aparıcılığını Nərgiz Cəlilova edib. Eyni zamanda ölkənin ən tanınmış sənətçiləri – Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Miri Yusif, Əməkdar artist Manana Çaparidze öz ifaları ilə səbəbkarlara təbriklərini çatdırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17635

Oxşar yazılar