Azərbaycanlı dirijor Parisdə konsert təşkil etdi
16 noyabr 2019 15:58 (UTC +04:00)

Azərbaycanlı dirijor Parisdə konsert təşkil etdi

Parisin 4-cü rayonunun Müqəddəs Lüdoviq kilsəsində Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyev və tanınmış fransız dirijoru Salvitri de Rochefortun rəhbərliyi ilə “Zoroastr” ansamblının konserti olub.

Lent.az xəbər verir ki, konsertin əvvəlində Paris Vokal Ansamblı Assosiasiyasının sədri və “Zoroastr” ansamblının sponsoru Jerar Pedraglio Azərbaycan, onun tarixi və coğrafiyası, eləcə də Əyyub Quliyev və onun fəaliyyəti haqqında ətraflı məlumat verib.

İki hissədən ibarət konsertdə İohan Sebastyan Bax və Volfqanq Amadey Motsartın əsərləri səsləndirilib.

Qeyd edək ki, “Zoroastr” ansamblının repertuarına daha çox XVIII əsr və XIX əsrin birinci yarısında yazılmış musiqi əsərləri daxildir. Ansamblda müxtəlif xalqları təmsil edən ifaçılar yer alıb. Azərtac.

 

# 1263
avatar

Oxşar yazılar