İrandan bağırsağında narkotik keçirmək istəyi baş tutmadı
16 noyabr 2019 12:07 (UTC +04:00)

İrandan bağırsağında narkotik keçirmək istəyi baş tutmadı

0

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Lent.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, Astara rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində həmin şəxsin daxili orqanı - düz bağırsağında iki ədəd bükümdə, qablaşmaları ilə birlikdə cəmi 119 qram narkotik vasitə - heroin, bir ədəd bükümdə ümumi çəkisi 23 qram olan psixotrop maddə - metamfetamin, daha bir bükümdə isə üzərində "M40" yazılan 98 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1063

Oxşar yazılar