ABŞ-da məktəbdə silahlı insident: iki nəfər yaralandı
16 noyabr 2019 08:30 (UTC +04:00)

ABŞ-da məktəbdə silahlı insident: iki nəfər yaralandı

ABŞ-ın Nyu-Cersi ştatının Plizantville şəhərindəki məktəblərdən birində keçirilən futbol matçı zamanı naməlum şəxs tərəfindən silahdan atəş açılıb. 

APA TASS-a istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. 

NBC telekanalının yaydığı xəbərə görə, dərhal oyunçular meydanı tərk edib, tamaşaçılar arasında çaxnaşma düşüb. 

Yaralıların vəziyyəti və atəş açan şəxs barəsində əlavə məlumat verilməyib.

# 807
avatar

Oxşar yazılar