Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi
15 noyabr 2019 22:44 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: oğul atasını qətlə yetirdi

Gəncə şəhərində ölüm hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, münaqişə zəminində oğul atasını qətlə yetirib.  
Gəncə şəhər Dəmiryolu, 6 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb. 

Cinayəti törədən şəxsin qətli törədərkən sərxoş olduğu bildirilir.  
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb. 

# 5280
avatar

Oxşar yazılar