Göyçayda minik və yük avtomobilləri toqquşub
15 noyabr 2019 22:36 (UTC +04:00)

Göyçayda minik və yük avtomobilləri toqquşub

 

Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində qeydə alınıb. "QAZel" və "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb 

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

# 761
avatar

Oxşar yazılar