2035-ci ilədək 800 milyon iş yeri azalacaq - SƏBƏB
15 noyabr 2019 18:19 (UTC +04:00)

2035-ci ilədək 800 milyon iş yeri azalacaq - SƏBƏB

“Bank of America Merrill Lynch”un analitikləri iddia edirlər ki, iş yerlərinin azalması prosesi getdikcə sürətlənəcək. 

Lent.az “ictnews”a istinadla xəbər verir ki, “Bank of America Merrill Lynch” avtomatlaşdırma təhlükəsi ilə bağlı yeni təhlil hazırlayıb. 

Bildirilib ki, 15 il ərzində robot və alqoritmlər sayəsində təxminən 800 milyon iş yeri azalacaq.
 
Ən böyük iş ixtisarı ofis və xidmətlər sahəsində gözlənilir.
 
İş yerlərinin azalması tempi ilk növbədə avtomatlaşdırma xərclərinin azalması hesabına yüksəlir. 

Qeyd edək ki, 2005-ci ildən 2014-cü ilədək qiymətlər 27% azalıb, 2025-ci ilədək daha 22% azalacaq.

# 1071
avatar

Oxşar yazılar