Bakıda taksinin vurduğu piyadalardan biri öldü
15 noyabr 2019 10:09 (UTC +04:00)

Bakıda taksinin vurduğu piyadalardan biri öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, taksi faəliyyəti ilə məşğul olan, 29 yaşlı Orxan Məmmədov idarə etdiyi "Daevoo-Centra" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar - 34 yaşlı Xəyyam Hümmətov və 24 yaşlı Sahil Qaybalıyevi vurub.

Nəticədə X.Hümmətov aldığı xəsarətlərdən ölüb, S.Qaybalıyev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

# 762
avatar

Oxşar yazılar