İki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
14 noyabr 2019 17:46 (UTC +04:00)

İki avtomobil toqquşdu, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

 

Gəncədə baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub. 

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 1991-ci il təvəllüdlü Sənan Qurbanov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 

***

Saat 16:38

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunda qeydə alınıb. "Mazda" markalı avtomobil "Ford" markalı maşınla toqquşub. Zərbənin təsirindən "Mazda" aşıb. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

# 1060
avatar

Oxşar yazılar