İki "Jiquli" toqquşdu, sərnişin öldü
14 noyabr 2019 12:19 (UTC +04:00)

İki "Jiquli" toqquşdu, sərnişin öldü

Şəmkirdə iki minik avtomobili toqquşub.

APA-nın məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

Rayon sakini Akay Məhərrəmovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə həmyerlisi Faiq Xasıyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub.
Nəticədə F. Xasıyevin avtomobildə olan sərnişin, Çaparlı kənd sakini  Rəhim Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-nəqliyyat istismar qaydasını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

# 759
avatar

Oxşar yazılar