İranda dəhşətli qəza: 28 nəfər öldü
14 noyabr 2019 11:53 (UTC +04:00)

İranda dəhşətli qəza: 28 nəfər öldü

İranda 28 nəfərin ölümü, 21 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın İLNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Bəlucistan vilayətində iki mikroavtobus toqquşub. Qəza nəticəsində 28 nəfər ölüb, 21 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. 

Onların hamısı Əfqanıstan vətəndaşıdır.

Qeyd olunur ki, qəza əfqanların qanunsuz yolla İrana keçmək istədiyi ərazidə baş verib. 

# 1147
avatar

Oxşar yazılar