Kollecdə atışma: ölənlər və yaralananlar var - RUSİYADA
14 noyabr 2019 10:45 (UTC +04:00)

Kollecdə atışma: ölənlər və yaralananlar var - RUSİYADA

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində İnşaat kollecində silahlı atışma olub.

APA-nın Rusiya bürosunun məlumatına görə, insident nətiəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Kollecin tələbəsi odlu silahla auditoriyaya daxil olaraq öz tələbə yoldaşlarına atəş açıb. Daha sonra o, özünü də öldürüb.  

İlkin məlumatlara görə, hadisəyə kollecdə təhsil alanlar arasında yaranmış konflikt səbəb olub.

"Mash" telegram kanalının yaydığı xəbərə görə, oldu silahdan atəş açan şəxs 19 yaşlı tələbə Danil Zasorin olub. Onun dərcə gecikdiyindən auditoriyadan qovulduğuna görə bu hadisəni törətdiyi bildirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

# 857
avatar

Oxşar yazılar