Türkiyədə hərbi mərkəzdə ardıcıl 3 partlayış: yaralılar var
14 noyabr 2019 01:12 (UTC +04:00)

Türkiyədə hərbi mərkəzdə ardıcıl 3 partlayış: yaralılar var

 

Türkiyənin Şanlıurfa vilayətində yerli vaxtla saat 22.50-də ardıcıl üç  partlayış olub. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şanlıurfanın mərkəzində yerləşən 20-ci Tank Briqada Komandanlığında baş verib. 

Partlayışlardan sonra bölgəni tüstü bürüyüb. Şanlıurfa valisi bildirib ki, partlayış nəticəsində 5 nəfər yaralanıb, dağıntılar var.

# 1105
avatar

Oxşar yazılar