Qaraciyər köçürmə əməliyyatı olunan aktyor yenidən səhnədə - FOTO
13 noyabr 2019 22:22 (UTC +04:00)

Qaraciyər köçürmə əməliyyatı olunan aktyor yenidən səhnədə - FOTO

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov yenidən səhnəyə qayıdıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yalçın Səlimov  qaraciyər əməliyyatından sonra Abdulla Şaiqin “Qaraca qız” əsərində rol alaraq tamaşaçılar qarşısında çıxış edib.

Xatırladaq ki, aktyor bir neçə ay bundan öncə qaraciyər sirrozu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Heydər Əliyev Fondunun dəstəyi ilə aktyora qaraciyər köçürülüb.

Qeyd edək ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur. O, bu müddət ərzində "Gəl qohum olaq", "Qarağaclar altında məhəbbət", "Cəhənnəm ekspresi", "Müsyö Jordan və dərviş Məstəli şah", "Qocanı Öldürməliyik", "Xilaskar" və sair tamaşalarda yadda qalan obrazlar yaradıb. 
 

# 2086
avatar

Oxşar yazılar