Azərbaycanlının maşınından 4 tapança tapıldı – FOTO
13 noyabr 2019 10:26 (UTC +04:00)

Azərbaycanlının maşınından 4 tapança tapıldı – FOTO

 


Moskva polisi qeyri-qanuni odlu silah gəzdirməkdə şübhəli bilinən 4 azərbaycanlını saxlayıb. 

Lent.az-ın “Aqentstvo Moskva” agentliyinə istinadən verdiyi məlumata görə, paytaxtın “Semyonavskaya” küçəsində 1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşının “Audi A6” markalı maşını saxlanılarkən onun yük yerindən iki tapança tapılıb. Bundan sonra sürücü və sərnişinlərdən birinin üstündən də iki tapança və 20-dək patron aşkar edilib. 

Saxlanılanlar polis idarəsinə gətirilib və faktla bağlı cinayət işi qaldırılıb.

# 926
avatar

Oxşar yazılar