FHN-in idmançıları beynəlxalq yarışlarda mükafat qazanıblar
12 noyabr 2019 16:29 (UTC +04:00)

FHN-in idmançıları beynəlxalq yarışlarda mükafat qazanıblar

 

Oktyabrın 31-də İtaliyanın Bari şəhərində parataekvondo üzrə sayca 8-ci Avropa çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yarşrda nazirliyin iki qadın əməkdaşı qızıl medala layiq görülüb. 18 ölkədən 250-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin əməkdaşı, dordqat Dünya, ikiqat Avropa çempionu, prezident mükafatçısı parataekvondoçu Aynur Məmmədova yüksək nəticə göstərərək +58 kq çəki dərəcəsində bütün döyüşlərdə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. İdmançımız 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Noyabrın 1-3-də Makedoniyanın Skope şəhərində keçirilən, 20 ölkədən 1400-dən çox idmançının iştirak etdiyi Karate Do Şotokan idman növü üzrə Avropa çempionatında iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Gülnarə Əliyeva +55 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Noyabrın 12-də FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları qəbul edərək, onları qazandıqları naliyyətlərə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

# 1066
avatar

Oxşar yazılar