Bələdiyyə seçkilərilə bağlı Avropa Şurasına və 15 ölkəyə dəvət göndərildi
12 noyabr 2019 11:25 (UTC +04:00)

Bələdiyyə seçkilərilə bağlı Avropa Şurasına və 15 ölkəyə dəvət göndərildi

“Adətən, bələdiyyə seçkilərində müşahidəçilər Prezident və Parlament seçkilərinə nisbətən o qədər də çox olmur”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

O bildirib ki, MSK Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə artıq dəvət göndərib: “Çünki adətən, bələdiyyə seçkilərində onlar müşahidə aparırlar. Onların sözü, gəldiyi qənaət müəyyən beynəlxalq miqyasda lazımı səviyyədə qarşılanır”.

Komissiya sədri qeyd edib ki, 15 müxtəlif ölkənin MSK-na da dəvət göndərilib: ”Həmçinin, Seçki Məcəlləsinin tələblərinə görə, Qeyri-Hökumət Təşkilatları da müşahidəçilər dəvət etmək istəsələr, onların adından müraciət göndərə bilərik. Hesab edirəm ki, bələdiyyə seçkilərində müşahidəçilərin sayı kifayət qədər olacaq”.

# 631
avatar

Oxşar yazılar