Bakının bu rayonunda içməli su məhdudiyyətlə veriləcək
12 noyabr 2019 10:52 (UTC +04:00)

Bakının bu rayonunda içməli su məhdudiyyətlə veriləcək

Bu gün Bakının Nizami rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Lent.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonu ərazisində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 12-də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

# 1274
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar