394
10:49
12 Noyabr 2019

 “Ulduz” şokolad fabriki XIV Nar festivalında alıcıların görüşünə gəlib

“Ulduz” şokolad fabriki 9-10 Noyabr tarixlərində Göyçayda ənənəvi Nar festivalında iştirak etmişdir.
Göyçay rayon mərkəzində təşkil olunan Nar festivalında dövlət və hökumət nümayəndələri, yerli və xarici iş adamları, beynəlxalq təşkilat əməkdaşları da daxil olmaqla minlərlə insan iştirak edib.

Festival çərçivəsində yerli məhsullardan ibarət satış-yarmarkasında Ulduz şokolad fabrikinin istehsalı olan bol südlü, xalis şokolad örtüklü “Tango”, “Xonça”, “Coco Ulduz”, “Sweet” şokolad konfetləri, yeni karamel çeşidləri olan “Zima Xalada”, “Centro”, “Coffone” qat-qat karamelləri, “Ritm” meyvə püreli karamelləri, jele tipli “Jellini”, “Medova” konfetləri, “Favo” şokoladları yerli əhali və qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” şokolad fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə şokolad məhsulları ixrac edir. Məhsullarının ekoloji baxımdan təhlükəsiz və sağlam qida olduğuna zəmanət verən fabrik İngilis Pərakəndəçilər Birliyi və Beynəlxalq Qida Standartlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.