Xose Bernardo ilə bağlı NAZİRLİKDƏN MƏLUMAT
11 noyabr 2019 12:30 (UTC +04:00)

Xose Bernardo ilə bağlı NAZİRLİKDƏN MƏLUMAT

Digər şəxs isə əməliyyat olunub.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Pirallahı rayonunda vaş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59 da gəlib. Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

# 1494
avatar

Mehman Nəbiyev

Oxşar yazılar