Heydər Əliyev Mərkəzində “Natiq” ritm qrupunun konserti olub - FOTO
11 noyabr 2019 08:49 (UTC +04:00)

Heydər Əliyev Mərkəzində “Natiq” ritm qrupunun konserti olub - FOTO

 

Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi «Natiq» ritm qrupunun konserti olub.

APA xəbər verir ki, qrup "Qaytağı", "Qaval rəqsi", "Bir qəlbdə iki ruh", "Yaradılış", "Atəşgah" və digər kompozisiyalarını, eyni zamanda məhz bu konsert üçün hazırladığı yeni nömrələri təqdim edib.

İki saata yaxın davam edən konsert gözəl səhnə tərtibatı, rəngarəng performansla yadda qalıb və anşlaqla izlənilib.

# 1301
avatar

Oxşar yazılar