721
12:34
10 Noyabr 2019

Avropa İttifaqı bu işlər üçün 1 trilyon avro ayırır

Avropa İttifaqı iqlimin qorunması üçün 1 trilyon avro ayıracaq.

Bu açıqlamanı Berlində Avropa Komissiyasının yeni rəhbəri, Almaniyanın keçmiş müdafiə naziri Ursula von der Leyen söyləyib.

Ursula von der Leyenə görə, Avropa Birliyi 2050-ci ilə qədər iqlim dəyişiklərini zəiflətmək üçün bu məbləğ növbəti 10 il ərzində ayrılacaqdır.

Qeyd edək ki, Avropa Komissiyası 2018-ci ilin Noyabr ayında tullantıların azaldılması üçün uzunmüddətli strateji konsepsiya təqdim edib.

(Trend)