Ramil Şeydayev meydanada
09 noyabr 2019 17:22 (UTC +04:00)

Ramil Şeydayev meydanada

 

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev uzun fasilədən sonra “Dinamo”nun heyətində meydana çıxıb.

APA-nın məlumatına görə, hücumçu Rusiya Premyer Liqasının “Rubin”lə səfər qarşılaşmasında iştirak edib.

O, Moskva təmsilçisinin heyətində Maksimilian Filipi 73-cü dəqiqədə əvəzləyib. Bu görüşdə qonaqlar 1:0 hesabı ilə qalib gəlsə də, R.Şeydayev heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, hücumçu sonuncu dəfə 35 gün öncə - oktyabrın 5-də “Orenburq”la matçda (2:0) meydana çıxmışdı.

# 1127
avatar

Oxşar yazılar