Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri üçün tədbir keçirdi
08 noyabr 2019 17:28 (UTC +04:00)

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri üçün tədbir keçirdi

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xətai rayonundakı idman-əyləncə park kompleksi ərazisində uşaqlar üçün növbəti tədbir keçirilib.

Heydər Əliyev Fondundan Lent.az-a verilən məlumata görə, 9 noyabr-Dövlət Bayrağı Günü ərəfəsində təşkil olunan tədbirdə Bakının müxtəlif uşaq evləri və internat məktəblərinin sakinləri iştirak edib.

Uşaq və yeniyetmələr Azərbaycan bayrağına olan sevgilərini nümayiş etdirərək rəngli təbaşirlərlə «Mənim sevimli bayrağım» mövzusunda müxtəlif rəsmlər çəkiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197

Oxşar yazılar