Bakı bulvarında sabah möhtəşəm konsert olacaq
08 noyabr 2019 16:34 (UTC +04:00)

Bakı bulvarında sabah möhtəşəm konsert olacaq

Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə bulvar ərazisində pulsuz face-art təşkil edəcək.

Bu barədə Lent.az-a Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı məlumat verib. O bildirib ki, bulvar ərazisinin 10 nöqtəsində arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkiləcək və face-artdan istifadə edən bütün qonaqlara pulsuz bayraqlar hədiyyə olunacaq:

"Face-art Dənizkənarı Milli Parkın aşağıda qeyd olunan nöqtələrində təşkil olunacaq:

Ağ Şəhər (Uşaq meydançası),
Dəniz vağzalı “Qorxulu ev” attraksionun qarşısı,
Park Bulvarın yanı (2 nöqtədə),
"Sahil" metrosunun çıxışı istiqamətində,
Kukla Teatrının ətrafı (2 nöqtədə),
"Azneft" Meydanı,
Venesiya Şəhərciyi,
Panoram Attraksion".

G.Yelmarqızı əlavə edib ki, daha sonra 9 Noyabr Dövlət Bayrağı gününə həsr olunan bayram konserti keçiriləcək:

"Konsert saat 18:00-da Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydanda başlayacaq".

# 2334
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar