
Lavrov İrəvan səfərində Paşinyanla Qarabağdan da danışacaq - Mariya Zaxarova
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrın 10-11-də Ermənistanda rəsmi səfərdə olacaq.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, səfər zamanı Rusiya XİN başçısı Ermənistan Baş Naziri Nikol Paşinyan və ölkə prezidenti ilə görüşəcək: "Sergey Lavrov ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla da danışıqlar aparacaq. 2020-2021-ci illər üçün Rusiya və Ermənistan XİN arasında məsləhətləşmər keçiriləcək"
M.Zaxarova Rusiya XİN başçısının Ermənistanda keçirəcəyi görüşlərdə iki ölkə arasında münasibətlər, Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB və digər beynəlxalq birliklər çərçivəsində əməkdaşlıq barədə danışıqlar aparacağını söyləyib: "Lavrovun keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri də daxil olmaqla, regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olacaq".

Oxşar yazılar

Kəlbəcərin Kəndyeri kəndi - VİDEO
21 yanvar 2021 , 18:51
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
20 yanvar 2021 , 12:08
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
20 yanvar 2021 , 12:00
20 Yanvar faciəsindən 31 il ötür
20 yanvar 2021 , 00:54
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
19 yanvar 2021 , 23:08
Şuşa Türk dünyasının mədəni paytaxtı elan edilə bilər
19 yanvar 2021 , 16:44
Dağlıq Qarabağın Azərbaycanlı İcması Şuşaya köçürülür
19 yanvar 2021 , 15:01
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edildi
19 yanvar 2021 , 14:11