2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən tikilməsi üçün tender elan edilib.
Bu barədə Lent.az-a Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib. O bildirib ki, 2 saylı xəstəxananın yeni binasının tikintisinə başlanılması məqsədilə Prezident Ilham Əliyev 2019-cu il fevralın 11-də sərəncam imzalayıb:
“Sərəncamda Azərbaycanın 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılması qeyd olunub. Xəstəxana təmirə yararsız olduğu üçün tamamilə sökülüb və yaxın müddətdə onun yerində müasir xəstəxananın tikilməsi planlaşdırılır”.
Qeyd edək ki, 1992-ci ildə istifadəyə verilən 2 saylı Sumqayıt Şəhər Xəstəxanası çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım müəssisəsidir.