Bir qrup şəxsə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
06 noyabr 2019 19:08 (UTC +04:00)

Bir qrup şəxsə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

APA-nın xəbərinə görə, sərəncama əsasən Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib:

Əliyev Ağasəf Dünyamalı oğlu

Qurbanov Rəhman Əlisgəndər oğlu

Məmmədov Aqil Nəcəfəli oğlu.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

# 1434
avatar

Oxşar yazılar